Подгруженный файл
Ədəbiyyata publisistikanın qanadlarında gələn” (Vaqif Yusifli) Nurəddin Ədiloğlu "Kiçik Paris" kitabını Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan cəsarətli və qorxmaz qələm sahiblərinə ithaf edib.
“Nurəddini bir yazıçı kimi fərqləndirən onun yüksək müşahidə qabiliyyətinə malik olmasıdır. Onun əsərləri fərdi müşahidələrinin psixoloji bir silsiləsidir. Mənim fikrimcə, müşahidə istedad deməkdir: yəni çoxları görə bilməyəni sən görürsən, duya bilmədiyini sən duyursan. (V.Yusifli)
Подгруженный файл
23 yaşın “Sel”i – 50 yaşın AYSBERQİ
İstedadlı yazıçımız Nurəddin Ədiloğlunun səssizcə 50 yaşı tamam oldu. Bu münasibətlə “Ədəbiyyat qəzeti” ... yazıçının “Sel” hekayəsini dərc etdi.
Nurəddin Ədiloğlunun “Sel” hekayəsi kölələrlə dolu cəmiyyətlərin iç üzünü açır. “Sel”də oxucu qorxunun təlatümünü hiss edir, rəngini görür.
“Sel” nəhəng bir MAQNİTi xatırladır, onun bir neçə qütbü var. (H. MƏLİKZADƏ)























































